Ciyutaido haqqında

09 yanvar 2012-ci il tarixində Azərbaycan Ciyutaido Təşkilatı yarandı. Bu təşkilat Kyokuşinkaykan Karate Federasiyasının tərkibində yarandı. Təşkilatın sədri Gülalıyev Elşad Əlgülşad oğlu təyin edildi. Gülalıyev Elşad Gülşad oğlu 01 mart 1968-ci ildə İmişli rayonu Xələfli kəndində anadan olub. 1983-cü ildə həmin kənddə 8-ci sinfi bitirdikdən sonra 1983-1985-ci ilərdə 9-10-cu sinifləri Bakı şəhəri, Fizika-riyaziyyat təmaüllü məktəbində oxumuşdur. O, ali təhsilini 1985-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda almışdır. 1986-1988-ci illər hərbi qulluqda olub. İnistitutda oxuyarkən institutun nəzdində fəaliyyət göstərən idman dərnəyində boksla məşğul olub. 1992-ci ildən hal-hazıra kimi Hüquq Mühafizə Orqanlarında xidmət edir: - polis mayorudur.

1997-ci ildən Beynəlxalq Kyokuşinkay Karate Federasiyasının Prezidenti Kanço Teyub Əzizovun rəhbərliyi altında Kyokuşinkaykan Karate idman növü ilə məşğul olub. Dəfələrlə hərbiçilər arasında keçirilən yarışlarda çempion olmuşdur. 2015-ci ildən Azərbaycan Ciyutaido Təşkilatının direktoru vəzifəsinə təyin olunub. Ciyutaido idman növü bu günə qədər 4 Respublika Çempionatı, 12 Respublika birinciliyi, 10 Respublika Turniri, 8 Bakı Çempionatı keçirmişdir. Hal-hazırda Təşkilat 2018-ci ildə keçiriləcək I Dünya Çemaionatına hazırlaşır. Azərbaycan Ciyutaido Təşkilatı 2010-cu ildə Azərbaycan Respublikası Kyokuşinkaykan Karate Federasiyasında qeydiyyatdan keçib və fəaliyyət göstərir. Ciyutaido nə deməkdir? Ciyu - sərbəst ,Tai - döyüşlərin ,Do - yolu .Bu idman növü öz tərkibində «S» və «T» versiyalarını birləşdirir. «S» versiyası Kyokuşin üzərində qurulub. Böyük ustad Teyub Əzizovun fəndləri əlavə olunmuşdur. Bu versiyada döyüş güləş tətbiq olunur. Əl ilə başa vurulma qaydaları ziddir. «T» versiyası «S» versiyasından fərqli olaraq ayaq ilə işləmir. Boks + güləş. Ciyutaido idman novü müasir idman növlərinə aiddir. Bu idman növü dünyada tez bir zamanda inkişaf etdi. İnanırıq ki, bu idman növü gələcəkdə Olimpiya sıralarında görəcəyik.