AKKF haqqında

Azərbaycan Kyokuşinkaykan Karate Federasiyası 7 iyul 1994-cü ildə Əzizov Teyub Ağayar oğlu tərəfindən yaranıb. 1995-ci ilin avqustun 23-də Gənclər və İdman Nazirliyi və Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib. 1995- ci ilin dekabrında Beynəlxalq Karate təşkilatı (Kyokuşinkaykan -Şokey Matsuy) tərəfindən qeydiyyata alınmışdır. Teyub Əzizov rəsmi olaraq Azərbaycana nümayəndə (Brancif) təyin edilmişdir. Federasiya bu illər ərzində onlarla beynəlxalq turnir, Respublika Turnirləri, Respublika Kuboku, Respublika Çempionatları keçirtmişdir. Eyni zamanda onlarla Bakı çempionatı  7 dəfə Hərbiçilər arası və bir dəfə Zaqafqaziya çempionatı keçirmişdir. Dünyada Karate bir çox təşkilatlara bölündü. Lakin 2007-ci ildən Azərbaycan Kyokuşinkaykan Karate Federasiyası, Beynəlxalq Kyokuşinkay Karate Federasiyasının rəsmi üzvüdür. Bundan sonra Azərbaycan Kyokuşinkaykan Karate Federasiyası daha da inkişaf etdi. Federasiya 2008-ci ildən Dünya Kuboku, 2009-cu ildə Mütləq Dünya Çempionatı, 2013-cü ildə çəki üzrə Dünya Çempionatı keçirtdi. Hal-hazırda Federasiya ətrafında 23 rayon regionu və 25 İdman Klubunu birləşdirir.