» » Texniki tələblər
Sərbəst döyüşün yolu (Ciyutaido)
Qısa tarixi


Azərbaycanın tarixinə baxsaq bu ölkə bir çox idman növlərinin yarandığı yerdir.

Azərbaycan vaxtı ilə 2.8 milyon kvadrat kilometrlik bir imperiya olub. Sonralar

getdikcə torpaqlarını itirən müasir Azərbaycanın indiki ərazisi 86.600 kv.km. qalmışdır.

Azərbaycan hər zaman çoxmillətli xalqların bir yerdə sülh içində yaşaması ilə dünyada

tanınıb. Qədim Azərbaycan Səfəvi imperiyası dövründə özünün ən yüksək inkişaf

dövrünü yaşayıb. Burada çox idman növləri inkişaf edib. Bunlara misal olaraq zorxana,

cövkən, döyüşlər, qurşaq tutmalar, qılınc oynatma, ox atma və sairəni göstərmək olar.

Azərbaycanın bütün tarixi idman növlərini araşdıraraq qərara gəldim ki, bu cür bir

növ yaradım və bu növ Azərbaycan Milli idman növlərinə söykənsin. “Sərbəst döyüşün

yolu” bu nəzəriyyədən yarandı.

Sərbəst döyüş özündə döyüş və güləşi birləşdirir. Bu növdə iki idman versiyasının

təməli qoyulub – “S” və “T”.

“S” – Sərbəst versiya

“T” – Klassik versiya

“S” (sərbəst) – Bu versiyada idmançı əl və ayaqdan istifadə edə bilər. Lakin əl ilə

başa zərbə endirə bilməz.

Döyüşçü əl ilə bədənə zərbə endirə bilər. Ayaq ilə başa, bədənə zərbə endirə bilər.

Bu versiyada güləş fəndlərindən istifadə edilə bilər. “Sərbəst döyüşün” özünəməxsus

“T” (klassik) – Bu versiyada idmançı əl ilə başa və bədənə zərbə endirə bilər. Başa

xüsusi qoruyucu və əlcək geyinilir ki, heç bir travma olmasın. Baş qoruyucusunun üzü

bağlı olur. Bu versiyada ayaq zərbələri qadağandır. Eyni zamanda güləşə də icazə var.

Bu növ dünyada “Ciyutaido” kimi tanınır. Sual – Niyə “Ciyutaido”?

Mən Teyub Əzizov Kyokuşinkay Karate üzrə Sosay Masutatsu Oyamanın

davamçısıyam. Beynəlxalq Kyokuşinkay Karate Federasiyasının Prezidentiyəm.

“Sərbəst döyüşə” Sosay Masutatsu Oyamanın şərəfinə yaponca “Ciyutaido” adını

verdim. Ancaq bu qədim Azərbaycanın kökündən gələn döyüş növü, bir il ərzində 16

ölkəyə yayılıb. Mən inanıram ki, tez bir zamanda dünyada populyar bir idman növü

olacaq və Olimpiya kimi möhtəşəm İdman Komitəsi tərəfindən qəbul olunacaq. Bu

idman növünün özünəməxsusluğu ondan irəli gəlir ki, aqresiya yoxdur. Birinci növbədə

insanların sağlam və gümrah olmasına xidmət edir.

“Sərbəst döyüş” idman növü Silahlı Qüvvələrdə də istifadə olunur və inanıram ki,

“Sərbəst Döyüş” hərbiçilər arası Dünya Oyunlarına da düşəcək.

Mən bu növün dünyada populyarlaşmasına inanıram.

“Ciyutaido”nun fəlsəfəsi

- İdmançılar özlərini tanımalıdırlar.

- İdmançıların təbiətlə insan arasında olan harmoniya (tarazlıq) haqqınd anlayışları

- Meditasiya və onun mahiyyəti haqqında məlumat.

- “Ciyutaido” idman növünün baza texnikası və katasının məqsədi (mənası)

haqqında bilmək.

- Dünyanı, materializmi və idealizmi dərk etmək.

- Reallığı dərk etmək və s.

Səma, torpaq və mən – bir kökdənik;

Bütün əşyalar və mən – bir mənbədənik.

Todzon Ose

“Ciyutaido”nun fəlsəfəsindən danışarkən biz bilməliyik ki, bu elmin kökündə zülm,

zorakılıq yoxdur. “Ciyutaido”nun yaradıcısı Böyük Ustad Teyub Əzizov demişdi: “Siz

“Ciyutaido”nu zorakılıq üçün öyrədə bilməzsiniz. Bu, təbiətlə olan hormoniyanı pozur.

Siz “Ciyutaido”nu başqalarına, zəiflərə öyrətməlisiniz və sizə zərər gətirən hər bir kəsin

qabağını almaq üçün öyrənməlisiniz. Beləliklə siz təbiətlə öz aranızdakı hormoniyanın

tarazlığına nail ola bilərsiniz”.

“Ciyutaido” ilə məşğul olan insanlar məşqdən öncə and içərək bildirirlər ki,

öyrəndikləri elmdən zorakılıq üçün istifadə etməyəcəklər. “Ciyutaido”nun ruhi gücünə

və elminə and içirəm ki, heç zaman insanlara qarşı güc tətbiq etməyəcəm.” Ancaq bu

fəndlərdən və elmdən yaxşı işlərə, özünün, ailənin, dostlarının müdafiəsinə, ciddi

təhlükə və hücuma məruz qalanda, dövlətin qanunlarına riayət edəndə istifadə etmək

“Ciyutaido” elmini dinlə qarışdırmaq olmaz. Çünki elmi dinlə qarışdıranda bir çox

amillər öz gücünü itirir və dindən asılı vəziyyətə düşür. “Ciyutaido” bütün inanclara aid

Teyub Əzizov demişdir: “Dini elmə və ya başqa işlərə qarışdırmaq olmaz. Din –

insanın inam, inanc yeridir, çətin anlarda qapandığı mənəvi bir dayaqdır”. Kendo ustadı

Miyamoto Musaşi demişdi: “Bütün insanlar Allaha hörmət etməlidir, ancaq onlardan

asılı olmamalıdır”. Bunu insanlar hər cür qəbul edə bilər. Lakin bir şeyi qəbul etmək

lazımdır ki, Allah yaradandan sonra oturub düşünsək ki hər şey yaxşı olacaq, yanılırıq.

Çünki insan işləməlidir ki onun yeməyi, içməyi və s. olsun.

“Ciyutaido” elmindən istifadə edərək tələbələri böyüklərə, uşaqlara,

qadınlara, heyvanlara, təbiətdə olan canlı və cansızlara hörmətlə

yanaşmağı öyrətməliyik.

Zen fəlsəfəsindən istifadə edərək idmançılar öz elmlərini genişləndirirlər. Məsələn,

öz-özlərini tanıyırlar, əqli tərəfdən inkişaf edirlər, özlərini ələ almağı, daxili

enerjilərindən istifadə etməyi, meditasiyanı və s. öyrənirlər.

İnsan öz üzərində işləyərək o hala çatmalıdır ki, lazım olan anda öz fiziki

qüvvəsini, daxili enerjisini və ruhi gücünü cəmləyə və istifadə edə bilsin. İnsan özünü

dərk edən zaman, o bütün daxili və xarici qüvvəsindən istifadə edərək enerjisini bir

nöqtəyə cəmləşdirə bilər. Bununla diqqətini öz resurslarını yığaraq seçdiyi bir nöqtəyə

yönəldə bilər. Beləliklə, ondan lazım olan vaxt və lazım olan anda istifadə edə bilər.

Tamamilə aşkar görünür ki, “Ciyutaido” ilə maraqlanan insan enerjisinin

konsentrasiyasını təmin etmək üçün daxili və xarici hərəkətlərin qurulmasını, enerjinin

və gücün lazım olan istiqamətə yönəldilməsini bacarmalıdır. Meditasiya enerjidən fərqli

olaraq bədənin, orqanizmin dartılmış vəziyyətinə yox, sakitləşməsinə xidmət edir. İnsan

bu vəziyyətdə xarici dünyasını daxili dünya ilə qoşaraq daxili gücünü idarə etməyi, eyni

zamanda onu bədənlə idarə etməyi öyrənməlidir. Meditasiyanı dərk etdikdən sonra, onu

bir sağlamlıq aspektinə çevirmək olar. Meditasiya insanın psixoloji gərginliyini aradan

qaldırmağa və onu işlək vəziyyətə gətirməyə kömək edir. “Ciyutaido”da meditasiya çox

lazımdır. İdmançı real hərəkət etməyə, hər hansı bir ekstremal vəziyyətdən çıxmağa,

düzgün qərar verməyə, rəqibə qarşı cəld və düzgün fənd tətbiq etməyə və s. qadir

“Ciyutaido”nun əsas bünövrəsi – fəlsəfəsidir. Bu növün fəlsəfəsi çox qədimlərdən

olan şərq və qərb fəlsəfələrinə söykənir. Çoxları fəlsəfənin haradan və necə gəldiyini

düşünəndə birinci şərqin fəlsəfəsini yada salırlar. Doğrudan da Şərq fəlsəfəsi əsas

fəlsəfə kimi götürülərək bu idman növünün bünövrəsini daha da gücləndirdi. Bu fəlsəfə

İn (ağ) və Yan (qara) üzərində quruldu. Həyatda hər şey iki yerə bölünür. Əgər diqqətlə

baxsaq, gecə və gündüz və ya günəş və ay, yaxşı və pis, soyuq və isti, bu kimi

elementlərdən bəzi yeni deyilişlər və ya quruluşlar meydana gəlir. Məsələn, isti+soyuq

– ilıq. Riyazi tərəfdən götürəndə bu bir fəza dairəsinə, onun içindəki bir boşluğa

Əgər bütün əşyaların cəmi yaradılışı sıfıra bərabərdirsə, onda ayrılıqda bütün

əşyaların cəmi də sıfıra bərabərdir (yəni minimum). Onda bütün kainat insana

bərabərdir, insan da kainata bərabərdir. Bu zaman insan kainatın varlığını, onun gücünü

özündə cəmləşdirə bilər. Bundan ötəri insan real yolu tapmalıdır və ona nail olmalıdır.

Beləliklə insan bədəndə dağılmış enerjini idarə etməli və ona yiyələnməlidir. Kosmik

enerji deyilən okeandan istifadə edərək öz enerjisini cəmləşdirməli və onunla da

bədənində, ruhunda olan inamsızlığı aradan qaldırmalıdır. Təmizlənmiş ruh və enerji

təmiz bədəndə saxlanmalıdır. Ona görə də bədənin bütöv hormoniyasının alınmasına

nail olmaq lazımdır. Bütöv hormoniya dedikdə fiziki, əqli və ruhi birləşmə nəzərdə

Həqiqətin yollarından biri də, insanların ümumi uyğunluq qanunlarını, yəni

kainatla təbiətətin adaptasiyanı, cəmiyyəti, fəlakətləri dərk etməsidir.

Əbədi hərəkətdə olan beş elementlər (ağac, od, torpaq, metal, su), onların dairəvi

hərəkəti (məsələn, ağac – odu yaradır, od – torpağı yaradır, torpaq – metalı yaradır,

metal – suyu yaradır, su – ağacı yaradır) Daoizm elminə əsaslanır. Kainatı dərk etmək

üçün insan təbii yolla getməli və öz mənəviyyatını təkmilləşdirməlidir.

İnsan bunun üçün təbiətin qanunlarından istifadə etməlidir. Bununla tərkidünya

olmağa lüzum yoxdur. Sadəcə olaraq dünyəvi problemlərdən müvəqqəti uzaqlaşmaq

lazımdır. Təbiətin qanunlarından istifadə edib onlara qələbə çalmaq lazımdı. Dünya

problemlərini təbiətin qanunlarına uzlaşdıraraq onların həllinə nail olmaq lazımdır.

Hormoniyanın tarazlaşması nəticəsində (insanla təbiət arasında) insan düzgün yolu

taparaq ruhi və fiziki cəhətdən təkmilləşir. Daoizm elminə görə yumşaq – möhkəmi,

zəif – güclünü üstələyir. Məsələn, su damcılayaraq möhkəm qayanı deşir və ya

Müdrik insan odur ki, hərəkətdə yumşaqdır, ancaq işdə möhkəmdir; görünüşdə

zəifdir, əməldə isə çox güclüdür. Onda insan dəyişərək “Bir” kəlməsini dərk edir, lakin

o, çox şeyləri idarə edir (Bir – yəni təbiət və insan). Kim ki “güclü iş” görərək dəyişmək

istəyir, onda o özünü dərk etməlidir ki xoşagəlməz işləri keçə bilsin və çətinliyə qələbə

Elə bir güc yoxdur ki onu keçmək olmasın; elə bir düşmən yoxdur ki o məğlub

Döyüş meydanında cəldlik, inam və ağıl kobud fiziki qüvvəni üstələyir.

Yumuşaqlıq və zəif görünüş düşməni çaşdırır. Həmin anda düşmənin öz gücündən

istifadə edərək onun özünü məğlub edirsən. Fəlsəfə nəzəriyəsindən baxdıqda görürük

ki, həyat özü əzabdı. İnsan da bu əzaba, zülmə dözür, çünki o, bu həyatda anadan

olduqdan ölənə qədər bütün iztirablara uyğunlaşır və razılaşır. Bu insanla təbiətin

arasında olan razılıq qanununa əsaslanır. Ancaq insan bu istirablardan, günahlardan

çıxaraq ilahi sakitliyə qovuşa bilər. Bu ilahi sakitlik müxtəlif ola bilər. Çox filosoflar öz

fikirlərini bu cür aşılamışlar: “zəif dərk etməni gücləndirmək”; “real ibadət etmək”;

“müqəddəslərə sitayiş etmək”; “ən yüksək məqsədə çatmaq üçün bədəni və ruhu

Mən onu deyə bilərəm ki, bütün fəlsəfi nəzəriyyələr aspektindən baxanda,

fikirlərin hamısı üst-üstə düşür. Mənim fikrimcə, insan təbiətlə hər zaman hormoniyada

olaraq onun qanunlarına uyğunlaşmalıdır, bundan ötəri bədənini və ruhunu bu qanunlara

Zen fəlsəfəsi – bu bir buddist fəlsəfədir, o hər şeyi olduğu kimi qəbul edir. Bu elm

reallığı və gerçəkliyi anladır. Bu elm insana təbiətin reallığını qəbul etməsinə kömək

edir. İnsanın intellektual səviyyəsinin inkişafına kömək edir. Məsələn, aya baxanda

ayın əksi görsənir və sanki hərəkətdədir. Lakin ay sakitdir.

Zen fəlsəfəsinə baxanda o, həyatla ölümün arasında fərqin olmadığını etiraf edir.

Yəni, varlığın və ya yoxluğun arasında fərqin olmadığını deyir. Zen bu aspektləri

birləşdirərək güclü döyüşçülər hazırlayır. Zen Allahın varlığını qəbul etmir. Allaha

səcdə edərək ruhun cənnətlə cəhənnəm arasında olmasını da qəbul etmir. Bu elm

özlüyündə bütöv və məqsədyönlü insan tərbiyə edir.

Zen fəlsəfəsi insanları özlərinə qapanaraq həyatda öz güclərinə, ağıllarına və

təbiətdən hormoniya nəticəsində aldıqları gücə arxalanmağa dəvət edir. “Təbiətə öz

istəklərini bağlamaq olmaz. Lakin, bir anda olsa onun harayına biganə qalmaq olmaz”.

- Bu Zen elminin müdrikliyidir.

Dünyada hər şey nəyə xatir edilməməlidir? Bir işi görəndə onu düşünərək ürəkdən

etmək lazımdır. Qabaqcadan düşünülən mövcud iş reallıq deyil. “Dünyada elə bir şey

yoxdur ki boşluq ona tənzimlənməsin, uzundur və ya qısadır, dördbucaqdır və ya

dairəvidir, fərq etməz. Boşluqdan keçən ruh ancaq bütün maneələrlə uyğunlaşa və üst-

üstə düşə bilər”. (Dzen filosofu Takyan)

Zen fəlsəfəsinin əsas yönü odur ki, insan daxilindən gələn yolun ehtiraslı, yersiz

arzuların, xəyalların qorxu və qəzəbin, yeni bir yolla əvəzlənməsinə, sevgiyə,

işgüzarlığa, məqsədinə çatmağa, yaxşı işlərlə məşğul olmağa və talehinin özü tərəfindən

yazılmasına nail olmalıdır (gücünü artırmalıdır, müdrüklüyünü genişləndirməlidir,

mərdlik göstərməlidir və yaxınlarına sevgi duymalıdır).

Zen fəlsəfəsinin elmi əsası odur ki, insan öz həyat tərzində bütün dünya ilə,

təbiətlə, elə şüurla rəftar etməlidir ki onun hər bir hərəkətində xeyirxahlıq olsun.

Bununla insan ruhunda yığılan bütün mənfi xüsusiyyətlərdən azad olmalı, onları ancaq

yaxşı əməllərlə əvəz etməlidir (İnsan bədənində olan yaxşı resurslardan istifadə

etməlidir). Bu hissiyyatları keçirdən insanın həyatı maraqlı və möcüzəli olur.

Zen fəlsəfəsi – insanlarda üçüncü gözün açılmasına, dünyanın reallığını görməsinə

və bütün beş hissiyyatın həssaslığını dərk etməsinə kömək edir.

İnsan bu mərhələyə dörd yolla çata bilər: Zazen (meditasiyada oturaraq), Koan

(dialoq aparmaq və fikirlərini bildirmək), Sanzen (müəllimlə və ya ustadla söhbət) və ya

fikir mübadiləsi və fiziki hazırlıq (buna müxtəlif döyüş sənətləri ilə məşq daxildir).

Döyüş növləri ilə məşğul olan və ya olunmayan bir çox insan Zen fəlsəfəsinə aid

çox mübahisələr aparır və ya şübhə edirlər. Ən əsas sual – Zen nə deməkdir? Bu suala

deyərdim ki, ən yaxşı cavab verən Kyokuşinkay Karatenin yaradıcısı Masutatsu Oyama

olmuşdur! “Zen Karate deməkdir, Karate Zen deməkdir”. (M.Oyamanın “Karatenin

fəlsəfəsi” kitabından)

Bəzi insanlar Zen fəlsəfəsinə etiraz edərək deyirlər ki, Zen fəlsəfəsi çox çətindir və

onu ancaq şərqlilər anlaya bilərlər. Ancaq bu düz deyil, Zen fəlsəfəsi hər kəsdə və hər

Sual – Necə? Sadəcə olaraq “Ciyutaido”nun fəndlərindən bir neçəsini təmiz

qəlbdən öyrənin. Zorakılığa görə yox, ümumi ruhi hazırlığa görə məşq edin. Əgər siz

ürəkdən məşq etsəniz, onda sizin üçün düşmən (rəqib) həyatda mövcud olmaz və sizin

üçün qələbənin və ya məğlubiyyətin heç bir mənası olmaz. Siz bu vəziyyətdə Zen

fəlsəfəsini dərk etməyə başlayaraq müvəffəqiyyətlər əldə edərsiniz.

Gələcəkdə Zen fəlsəfəsinin yolu ilə ən azından siz ruhən, mənəvi özünüzü ələ ala

bilərsiniz, eyni zamanda gördüyünüz işin mahiyyətini dərk etmiş olarsınız. Hər zaman

özünüzü ələ almağa nail olarsınız. Mən sizə “Ciyutaido”nun fəlsəfəsini və onun qədim

fəlsəfələr (əsasən Zen) üzərində qurulmasını başa salmağa çalışdım. Bəzi filosoflar və

ya din adamları bunun böyük səhv olduğunu iddia edir. Eyni zamanda Zen fəlsəfəsinin

çətin olduğunu və dərk etmək mümkün olmadığını deyir.

Zen fəlsəfəsi ətrafımızda və daxilimizdə var. Bu elmin əsas böyüklüyü ondan

ibarətdir ki, ona çatmaq olar (mümkündür).

Zen – bu tam vəhdət, bədən, niyyət və qəlbdir. Bu cür birlik yeganə yoldur ki,

insan təkmilləşərək ətraf mühitlə harmoniyada olur. Bu, Zen deməkdir. “Ciyutaido”nun

fəlsəfəsi zorakılıq yox, sülhdür. “Ciyutaido” bütün dinlərdən qiymətli, yararlı, dəyərli və

faydalı fikirləri götürərək onları insanların inkişafına, həyat tərzinə yönəldir. İnsanın

şəxsiyyət olmasına bilavasitə kömək edir.

““Ciyutaido” insanların təbiətlə hormoniyada olmasına köməklik edən yoldur. O

yol insanın daxilindən keçən bir yoldur”.

Teyub Əzizov

“Ciyutaido” idman növünün Yaradıcısı

“Ciyutaido”nun psixologiyası

“İnsan psixologiyanı dərk etmək üçün

ilk növbədə özünü dərk etməlidir”

T.Əzizov

Psixologiya haqda çox danışmaq olar, lakin hər idman növünün özünəməxsus

yanaşması olmalıdır. Döyüş növlərinin psixoloji yanaşması idman növlərinin

yanaşmasına görə çox fərq edir.

- Özünü psixoloji hazırlamaq

- Öz özündə (daxilində) çətinlikləri dəf etmək

- Qorxu üzərində qələbə

- İdmançılar arası münasibət

- Başqa idman növlərinə münasibət

- Təkəbbürlülüyü daxildən çıxartmaq

- Tələbələrə qarşı münasibət (gənc və yaşlı)

- İdmançıların yarışmalara psixoloji hazırlıqları və sairə.

“Ciyutaido”nun psixologiyası haqqında qısa məlumat

Bu yazıda mən idmançının özünün mənəvi və psixi tənzimlənməsini başa salmağa

çalışacam. Təəssüf ki, bu cür psixoloji duruma diqqət və vaxt az ayrılır. Bu onu göstərir

ki, idman növlərində şüura çox az vaxt ayırırlar. İndiki gənclərdə biz görürük ki, idman

növləri, əsasən də döyüş növləri onlarda bir güc aləti kimi qəbul olunur. Əgər ilk təhsil

illərində tələbələrə nizam-intizam sayəsində idmanın “fiziki” tərəfini başa salmağa

çalışırıqsa, “əqli” tərəfini yaddan çıxarırıqsa, o zaman diqqətsizlik və məşqçinin

səriştəsizliyi nəticəsində tələbənin (şagirdin) psixoloji, ruhi vəziyyətinin

tənzimlənməməsi də normal haldır. İdman və ya döyüş növlərində olduğu kimi

“Ciyutaido” idman növündə də ən vacib məsələlərdən biri müəllimin şagirdə ilkin

mərhələdə mənəvi tərbiyə verməsidir, xüsusilə də şagirdə sübut etmək lazımdır ki onun

özü ən ciddi və təhlükəli rəqibdir.

Bir şərq filosofu özünəməxsus şagird qəbul edirdi. O, şagirdləri üz-üzə oturdaraq

psixoloji döyüş aparırdı. Bu döyüşə “ürəklər döyüşü” adı vermişdi. Bu döyüşdə o rəqib

uduzurdu ki psixoloji döyüşə dözə bilməyib qılınca əl atırdı. Qılınca əl atan rəqib

Burada psixoloji hazırlığın rolu və əhəmiyyəti daha parlaq əks olunur, burada oxun

hədəfə dəyməsi əsas məqsəd deyil.

İnsan psixoloji, mənəvi kamilliyə doğru yol açan xüsusi hazırlıqların vasitəsi ilə

özünütənzimləməni inkişaf etdirərək mükəmməlləşdirməlidir. Bununla əlaqədar bir çox

insanların anlamadığı bir mövzuya diqqəti çəkmək istərdim. “Ciyutaido” sülhsevər

idman növüdür. Bu, insanlar üçün bir az problemli düşüncədir. Çoxları düşünür ki,

“Ciyutaido” idman növü və ya döyüş növüdürsə deməli orada aqresiya var. Bu belə

deyil. Psixofiziki tərəfdən baxanda görürük ki, sülhsevərlik tam başqa cür görsənir. Belə

bir anlayış alınır: “geri qalaraq birinci gəlirsən”. Burada söhbət təkcə mənəvi

üstünlükdən deyil, həm də psixofiziki üstünlük gedir ki, digər rəqib bərabər şəraitdə

mənəvi, ruhi və fiziki üstünlüyü ələ alır. Bunu ucalığın sirlərindən biri kimi görmək

O birinci zərbəni endirməyərək, acıqlı rəqibi tələyə salmağa çalışır. O özünü

psixoloji və fiziki cəhətdən zəif göstərir. Buna bir məsəl gətirmək istərdim. Bir dəfə

Bokuden adlı bir usta qayıqda gölün o biri tərəfinə keçir. Bu zaman qayıqda olan

insanlar arasında bir avara samuray olur. Samuray özünü pis apararaq hər kəsə sataşır və

deyir ki, mənə çatan olmaz. Mən çox güclü qılınc oynadıram. Samuray Bokudendən əl

çəkmir, onu döyüşə çağırır. Bütün qayıqdakılar samurayın başına yığılaraq onun

danışıqlarına qulaq asırdılar, lakin bir Bokuden qıraqda özü üçün mürgüləyirdi. Bu cür

münasibət samurayın gözündən yayınmadı. Samuray öz əsəbini cilovlaya bilməyərək və

Bokudenin həyasızcasına çiyninə vuraraq dedi:

- Ey, sənin bir cüt qılıncın var, niyə sən susursan?

O sakitcə cavab verdi:

- Mənim döyüş sənətim sizinkindən çox yaxşıdır. Bizim əsas məqsədimiz qələbə

çalmaq yox, məğlub olmamaqdır.

Bu cür cavab samurayı daha da özündən çıxartdı. O əsəbi halda soruşdu:

- Bu necə növdür? Hansı məktəbdir?

Bokuden cavab verdi:

- Onu “boş əlin” məktəbi adlandırmaq olar.

- Bəs sənə qılınc nəyə gərəkdi?

- Məsələ ondadır ki, mən qılıncı eqoizmlə mübarizə üçün gəzdirirəm, kimisə öldürmək

Samuray əsəbini güclə cilovlayaraq soruşdu:

- Sən doğrudan qılıncsız, boş əllə döyüşmək istəyirsən?

- Niyə də yox?! – deyə cavab verdi

Samuray qayıqçıdan qayığı qırağa çəkməyi tələb etdi. Ancaq Bokuden təklif etdi ki,

qayığı xırda adalardan birində saxlasınlar ki, döyüş cəmiyyətin gözü qarşısında olmasın.

Təklikdə, şahidsiz daha yaxşı olacağını bildirdi. Samuray razılaşdı. Qayıq adaya

yaxınlaşan kimi samuray qayıqdan atılaraq özü ilə qılıncını da götürdü. O, tez sahilə

çıxaraq Bokudeni gözlədi. Bokuden tələsmədən qılınclarını qayıqçıya verərək özünü

elə göstərdi ki, guya o da samurayın yanına gedir. Lakin o, tez qayığı idarə edən taxtanı

götürərək, onu sahildən itələdi. Qayıq tez bir zamanda sahildən aralandı. Samuray öz

məğrurluğu və təkəbürlülüyü ilə tək-tənha adada qaldı.

Bokuden qışqıraraq ona dedi:

- Mənim məktəbim belədi - “Qılıncsız qələbə”

Mən belə düşünürəm ki, bütün şagirdlər “təcavüzkar xoruz” mərhələsinsindən

keçirlər. Təcavüzkarlıq ilk növbədə onda özünü göstərir ki, onlar mənlik (mən) və

tənhalıq, boşluq hisslərini çox keçirdirlər. Öz növbəsində tənhalıq və boşluq qorxuya

yol açır. Əgər reallığı qəbul etsəniz professional ustanın diqqəti və qayğısı nəticəsində

qorxunu dəf etmək olar. Gənclər mənəvi-ruhi cəhətdən möhkəmlənməmiş onlar qeyri-

adi birisi olmaq arzusu ilə yaşayırlar. Həqiqətdən uzaqlaşaraq təcavüzkar olurlar.

Bu şeyləri anladıqdan sonra insan əsl həqiqətin yolunu dərk edir və

təcavüzkarlıqdan uzaq olur.

“Ciyutaido”da psixoloji hazırlıq

Depressiyadan müalicə

İdmançıda Psixoloji durum çox böyük rol oynayır. Psixoloji cəhətdən güclü olan

idmançı öz rəqibinə qalib gəlir, baxmayaraq ki, rəqib fiziki cəhətdən çox güclü ola

bilər.Qədimi konsepsiyalar idmançının hazırlıq prinsiplərinə çox təsir edir.Bu psixoloji

fizikə geniş şəkildə baxaq:

Fikir suya bənzəyir. Qədim zamanlarda döyüş növlərini öyrədərkən bu prinsiplərə

çox fikir verilərdi. Qədim konsepsiyalar idmançının mükəmməl hazırlığına çox böyük

təsir edirdi. Rəqiblə üz-üzə gələndə bu cür psixoloji hazırlıq özünü biruzə verirdi. Onun

mahiyyəti nədir? İdmançının fikri suyun üzü kimi hamar və sakit olmalıdır. Suyun

üzərində bütün ətrafdakı əşyaların əksi göründüyü kimi idmançı sakit fikirlə rəqibin

bütün hərəkətlərini görəcək və onlara nəzarət edəcək. Elə hərəkətlər də var ki rəqib onu

göstərmir, lakin idmançı sakit fikirlə onu artıq hiss edir və görür. Əgər suyun üzərində

ləpə varsa, onda ətrafdakı əşyaların əksini görmək olmur. İnsan da elədi. Əgər

idmançının fikri qarışıqdırsa, o, hücum və ya müdafiə haqqında düşünürsə, onda o

rəqibin hərəkətlərini nəzarətdə saxlaya bilməz. Belə halda rəqib üçün şans yaranır. O

artıq bir az başqa, əlverişli hücum haqda düşünür.

Fikir aya bənzəyir. Ay kimi hər tərəfə işıq saçır. İdmançının da fikri o qədər parlaq

və sakit olmalıdır ki, o rəqibin bütün hərəkətlərindən, düşüncələrindən mümkün qədər

xəbərdar olsun. Əgər idmançı bu xüsusiyyəti özündə inkişaf etdirə bilsə, onda rəqibin

buraxdığı hər bir səhvə tez reaksiya verə bilər. Bu da onun qələbəsi ilə nəticələnər.

Ümidsizlik və əsəbilik idmançının gözünü və fikrini bulud göy üzünü bağladığı kimi

bağlayar. Bu da ona rəqibin səhvini və zəif yerini görməyə mane olar. Nəticədə idmançı

düzgün seçim edə bilməz və fəndləri yerinə yetirməkdə çətinlik çəkər.

Fikir və iradə hər zaman bir nöqtədə birləşməlidi. Buna misal olaraq telefonla

danışan insanı göstərmək olar. Anoloji olaraq “fiziki” güc dedikdə telefonla danışanı

“iradə” dedikdə isə elektrik cərəyanını nəzərdə tutmaq olar. Fərqi yoxdur danışan nə

qədər həssasdır, elektrik cərəyanı olmasa rabitə olmayacaq. Nəticədə danışıq da

Həyatda kobud davranışlar olur. Kobud davranış haqda həddindən çox danışmaq və

misallar göstərmək olar. Mən sizə üç əsas metodu qısaca başa salacam:

- Birinci yanaşma: Özü ilə hesablaşmaq və digərlərini əzmək

- İkinci yanaşma: Hər zaman və hər işdə başqaları qarşısında geri çəkilmək

- Üçüncü yanaşma: Öz maraqlarını nəzərə alaraq başqalarının marağına əhəmiyyət

Psixologiya haqqında çox danışmaq olar, lakin idmançı bir şeyi bilməlidir, özün

üçün pis saydığını başqasına da qıyma. “Təkəbbürlülükdən uzaq ol, o səni ancaq

uçuruma aparacaq”.

Teyub Əzizov

Beynəlxalq Ciyutaido Federasiyası

“Ciyutaido” – “Sərbəst” mənasını daşıyır. Bu idman növü sərbəst döyüşlərin

inkişafına hesablanmışdır.

“Ciyutaido” idman növü iki versiyadan ibarətdir:

“S” versiyası - Bu versiyada döyüş ayaqla, əl ilə və fəndlərin (boğucu və ağrıdıcı)

tətbiqi ilə aparılır. Əl ilə başa vurulan zərbələr qadağandır.

“T” versiya – Bu versiya “S” versiyasından fərqlidir:

Burada boks zərbələrindən+güləşdən (boğucu və ağrıdıcı) istifadə olunub. Boks

zərbələrinin bəziləri qadağandır (məsələn, aşağıdan yuxarı çənəyə zərbə).

“T” versiyada ayaq ilə bütün zərbələr qadağandır. Ayaq ilə ancaq fəndlərin

“T” versiyada qoruyucular tətbiq olunur:

-xüsusi başlıq (baş və sifət bütövlükdə qorunur)

-xüsusi əlcək (Barmaqlar fənd işlətmək üçün açıq olmalıdır. Əlin yumruq üstü qalın

qoruyucu ilə örtülür.)

-Diş üçün müdafiə (kapa)



Geyim

Ciyutaido” ilə məşğul olan idmançıların geyim forması:

- Göy gödəkçə (kimano gödəkçəsi)

- Ağ şalvar (kimano şalvarı)



Hakimlik

1. Yarışları bir orta hakim idarə edir – Mərkəz hakim.

2. Bundan əlavə, tatamidən (rinqdən) kənarda 2 hakim oturur (Aka - qırmızı; şiro - ağ).

Onlar verilən xalları yazır.

3. 2 hakim Baş Hakimin masasında oturaraq xalları hesablayıb Baş hakimə və

Hakimlər Kollegiyasının sədrinə təhvil verir. Hakimlər kollegiyasının sədri qələbə

çalan (kimin xalı çoxdur) idmançını elan edir.

Hakimlərin geyimi

1. Orta Hakim qolsuz qara köynək, qara şalvar və yüngül çəkmə (çeşka) geyinir.

2. Künc hakimləri qara kostyum, ağ köynək, qırmızı qalstuk geyinir. Kostyum üzərində

Ciyutaido İdman növünün təmsil edən etiket (və ya iroqlif) olmalıdır.



Yarışın qaydaları

- 3 raund (kişilər və qadınlar)

a) Hər raund 3 dəqiqə (1 raund – 3 dəqiqə) (18 yaş və yuxarı)

b) Hər raund arası 1 dəqiqə dincəlmək

- 2 raund uşaqlar və yeniyetmələr arası (9 yaş-17 yaş)

a) Hər raund 2 dəqiqə (1 raund-2 dəqiqə)

b) Hər raund arası 1 dəqiqə dincəlmək

- Saxlama (rəqibi yıxaraq, üzərində dayanaraq qalxmağa qoymamaq, 30 saniyə)



Qiymətləndirmə

- Qoko – 3 xal (üç barmaqla idmançının sinəsinə göstərilir)

- Yuko – 5 xal (beş barmaqla idmançının sifətinə göstərilir)

- Vazari – 7 xal (əl düz, açıq vəziyyətdə idmançının sinəsinə göstərilir)

- İppon – təmiz qələbə (əl düz yuxarı idmançının başı üzərinə qaldırılır)



“S” versiyada qiymətlərin verilməsi

Qoko – 3 xal

- Təmiz fəndin tətbiqi

- Fənddən çıxıb fəndə salmaq

- Döyüşdən iki dəfə qaçarsa

- Ayaq ilə başa zərbə (təmiz)

- Üstündə duraraq saxlama

- Rəqib üç dəfə passiv olduğu üçün xəbərdarlıq alarsa

- Rəqib altdadır və çıxmırsa və ya cəhd etmirsə



Yuko – 5 xal

- İki effektli fənd lakin rəqib təslim olmayır (və ya axıra çatdıra bilməyir)

- Ardıcıl zərbələr və eyni zamanda fəallıq

- Fəndi tətbiq edir və saxlayır (30 saniyə)

- Ayaqla endirilən effektli zərbə

- Zədə alır, lakin bildirmir

Vazari – 7 xal

- Effektli fənd və tutub saxlayır (lakin tam axıra çatdıra bilmir)

- Ayaq ilə başa zərbə endirəndə rəqib özünü itirir və noqdaun vəziyyətinə düşür

- Alınan zədəni bildirir

- Texniki alınan zədə (texniki noqdaun)

- Ayaq ilə bədənin hər hansı bir hissəsinə zərbə endirilir və rəqib ağrını bildirir



İppon – Təmiz qələbə

- Sındırıcı fənd (hər hansı biri) və rəqib təslim olur

- Boğucu fənd (hər hansı biri) və rəqib təslim olur

- Ağrıdıcı fənd (hər hansı biri) və rəqib təslim olur

- Döyüşdən imtina

- Ayaq zərbəsi ilə nakaut vəziyyətinə düşmək

- Rəqib 5 dəqiqə ərzində tatamiyə çıxmasa (geciksə)

- Hakimin qərarı

- Hakimlərin qərarı



Keçiriləcək yer (Tatami)

- Güləş tatamisi və örtüyü

1. Hesablayıcı (Aka)

2. Hesablayıcı (Şiro)

3. Hakimlər Kollegiyasının Sədri

5. Baş Hakimin köməkçisi

6. Mübahisəli məsələlərlə məşğul olan komitə

Baş Hakim masasının təchizatı

- Televizor (Hakimlər tərəfindən mübahisəli məsələləri həll etmək üçün)



İlk tibbi yardım

- Təcili tibbi yardım maşını (heyəti)



Vaxta nəzarət edən heyət

- Kompüterdə vaxta nəzarət edən personal

- Təbilə (və ya qonk) nəzarət edən personal

“T” versiyada qiymətlərin verilməsi

Qoko – 3 xal

- Təmiz fəndin tətbiqi

- Fənddən çıxıb fəndə salmaq

- Döyüşdən iki dəfə qaçarsa

- Əl ilə düz zərbə (sifətə dəyməlidi)

- Üstündə duraraq saxlama

- İdmançı passiv olarsa

- Başa endirilən hər hansı bir zərbə (başı dala və ya böyürlərə apararsa)

Yuko – 5 xal

- İki effektli fənd, lakin tam axıra çatdıra bilmir (və ya rəqib təslim olmayır)

- Ardıcıl zərbələr və eyni zamanda fəallıq

- Fəndi tətbiq edir və saxlayır (30 saniyə)

- Əl ilə başa və ya bədənə endirilən effektli zərbə

- Zədə alır, lakin bildirmir

Vazari – 7 xal

- Effektli fənd və saxlayır, lakin rəqib təslim olmayır (və ya tam axıra çatdıra

- Əl ilə başa və ya bədənə endirilən zərbədən rəqib ağrını bildirir

- Alınan zərbədən ağrını bildirmək

- Fənd atılarkən alınan zədədən ağrını bildirmək

- Nokdaun vəziyyətinə düşmək



İppon – Təmiz qələbə

- Sındırıcı fənd (hər hansı biri) və rəqib təslim olur

- Boğucu fənd (hər hansı biri) və rəqib təslim olur

- Ağrıdıcı fənd (hər hansı biri) və rəqib təslim olur

- Döyüşdən imtina

- Əl ilə başa və ya bədənə zərbə, nakaut vəziyyətə salmaq (1 dəqiqə)

- Rəqib 5 dəqiqə ərzində rinqə çıxmazsa (gecikərsə)

- Hakimin qərarı

- Hakimlərin qərarları



Keçiriləcək yer (Rinq)

- Boks rinqi (tatami ilə örtülü)

1. Hesablayıcı (Aka)

2. Hesablayıcı (Şiro)

3. Hakimlər Kolleqiyasının Sədri

5. Baş Hakimin köməkçisi

6. Mübahisəli məsələlərlə məşğul olan komitə

Baş Hakim masasının təchizatı

- Televizor (Hakimlər tərəfindən mübahisəli məsələləri həll etmək üçün)



İlk tibbi yardım

- Təcili tibbi yardım maşını (heyəti)



Vaxta nəzarət edən heyət

- Kompüterdə vaxta nəzarət edən personal

- Təbilə (və ya qonk) nəzarət edən personal



Kəmərlər

- Ciyutaido idman növündə 8Q-dən 8 dana qədər kəmər sistemidir.

- Kəmərlə yanaşı idman dərəcələri də verilir (gənclər, kişilər və qadınlara).

Kəmərlər: ağ (8Q); göy (7Q); sarı (6Q); yaşıl (5Q); qəhvəyi (4Q); qəhvəyi qara xətt

(3Q); qara kəmər (2Q); qara qırmızı xətt (1Q) və 8 ustalıq kəməri (Qırmızı kəmər)



Kəmər imtahanlarının arasında olan müddət

8Q – Ağ kəmər (3 ay məşq)

7Q – Göy kəmər (3 ay məşq)

6Q – Sarı kəmər (4ay məşq)

5Q – Yaşıl kəmər (4ay məşq)

4Q – Qəhvəyi kəmər (5 ay məşq)

3Q – Qəhvəyi qara xətt (6ay məşq)

2Q – Qara kəmər (6ay məşq)

1Q – Qara kəmər qırmızı xətt (9 ay məşq)

1 dan – Qırmızı kəmər bir sarı xətt (9 ay məşq)

2 dan – Qırmızı kəmər iki sarı xətt (1il məşq)

3 dan – Qırmızı kəmər üç sarı xətt (2 il məşq)

4 dan – Qırmızı kəmər dörd sarı xətt (2 il məşq)

5 dan – Qırmızı kəmər beş sarı xətt (3il məşq) (inkişafa)

6 dan – Qırmızı kəmər altı sarı xətt (inkişafa)

7 dan – Qırmızı kəmər yeddi sarı xətt (inkişafa)

8 dan – Qırmızı kəmər səkkiz sarı xətt ( Böyük ustad)

Kəmərlərin fəlsəfəsi (mənaları qısa şəkildə)

1. 8Q – Ağ kəmər – Tələbə ağ rəng kimi təmiz, səma kimi aydın sayılır. Təmiz vərəqə

nə yazsan və ya rəngləsən idmançı o cür də inkişaf edəcək.

2. 7Q – Göy kəmər (və ya mavi) – Tələbə təmiz səma üzərində mavi buludlara

bənzəyir. Bu onu göstərir ki, tələbə artıq Ciyutaido elmində hər hansı bir hissəni

dərk edib. Artıq təmiz ağ səmada mavi buludlar kimi öz kiçik bir elm mənbəyini

3. 6Q – Sarı kəmər – Tələbənin yeni enerjilərə nail olması və aktivləşməsini göstərir.

Tələbə artıq sarı kəmərdə özündə inam və irəliyə can atmağı göstərir. Günəş

çıxarkən təbiət enerji və coşqu ilə dolur. Bütün təbiət canlanır.

4. 5Q – Yaşıl kəmər – Tələbə elmdən təbiətin günəşdən aldığı kimi enerji alır,

aktivləşir, texnikasını və biliyini artırır. Bu da təbiətin yaşıl örtüyə bürünməsinə və

təbiətin canlanmasına bənzəyir.

5. 4Q – Qəhvəyi kəmər – Təbiətin yaşıl örtüyə bürünməsi üçün torpağa ehtiyac olduğu

kimi, tələbə də elmini artırmaq üçün texnikasının üzərində işləyərək yarışlarda öz

biliyini sınamalıdır.

6. 3Q – Qəhvəyi qara xətt – İnsan torpağı gücləndirmək məqsədi ilə ona qulluq edib

münbitləşdirdiyi kimi, idmançı da öz gücünü artırmaq üçün elmə daha çox yer

ayırmağa başlayır (psixoloji hazırlığa, fəlsəfəyə və tibb elmlərinə).

7. 2Q – Qara kəmər – Hər bir günün gecəsi var. İnsanın yaşlanması və müdrikləşməsi

kimi. Müdriklik yaş ötdükcə gələr. Çünki insan həyatda hər şeyi görə-görə gedər.

Səhvi də, düzü də. İdmançı da məşq etdikcə tək fiziki yox, elmi tərəfdən də inkişaf

edir və müdrikləşir.

8. 1Q – Qara kəmər qırmızı xətt – İnsan neçə illər bu yolu getdikdən sonra geri dönüb

baxanda görür ki, hər şey insanın canı, qanı, sağlamlığı və ən əsas da həyatı

bahasına başa gəlib. İdmançı da eyniliklə məşq etdiyi illərə dönüb baxanda görür ki,

müdrikləşməsi üçün qanından da, canından da keçib.

1 dan – Qırmızı kəmər – Kainatın nizamlı düzülüşü tələbənin ağ kəmərdən qırmızı

kəmərə qədər keçdiyi yola bənzəyir. Tələbə keçdiyi yola görə artıq bir ustaya

çevrilmişdir. Bu ona qanı və canı bahasına başa gəlmişdir.

“Ciyutaidonun” spesifikası

Dövlətlərə və regionlara inamla addımlamaq. “Ciyutaido” yeni bir idman növü

kimi, Ustadların ustadı, bu növün yaradıcısı Teyub Əzizovun fenomen nailiyyəti və

qüsursuz bir yaradılışıdır. “Ciyutaido” dərin bir məna verir.

“Tai” – “döyüşlərin” (versiyaların)

Bu idman növündə döyüşə və psixoloji hazırlığa çox üstünlük verilmişdir.

Ustadların ruhi hazırlığı və bu sistemdə tərbiyələndirilməsi vacib amillərdən biridir.

İdmançılar daha çox geniş və sərbəst düşüncəli hazırlanırlar. Onlar dünyaya real

baxırlar və onu dərk edirlər.

Başqa növlərin inkişafına baxaraq (Olimpiya növləri, Şərq idman növləri, Qərb idman

növləri və s.) bu idman yeni, müasir, təkmilləşmiş və hər zaman inkişafda (dəyişən)

olan bir növdür. Bu növ tək mübarizəli bir idman növüdür. Onun tərkib hissəsi yeni

müasir fəndlərlə zəngindir. Bu növ öz spesifikası ilə fərqlənir: Elmi, psixoloji hazırlıq,

döyüş dinamikası və texnikası.

“Ciyutaido” idman növündə idmançı döyüşdən qaçmır, rəqiblə işləmək üçün yollar

axtarır, manevr edir, ardı kəsilməyən döyüş axtarır (ən yüksək tempdə). Bu idman növü

idmançılardan böyük dözüm, əzm, iradə, fiziki hazırlıq və yüksək təlim-tərbiyə tələb

“Ciyutaido”da qadağan olunan zərbələr və fəndlər

“S” versiya

Qadağan olunmuş zərbələr:

1. Yumruqla düz sifətə vurulan zərbə

2. Yumruqla sifətə yandan vurulan zərbə

3. Əl ilə boğaza vurulan zərbə

4. Barmaqla göz çıxarma

5. Dirsəklə kürəyə vurulan zərbə

6. Ayaqla aşağıya (xayaya) vurulan zərbə

8. Dizə vurulan düz zərbə

9. Tutaraq dizlə sifətə vurulan zərbə

10. Yıxılan rəqibə zərbə endirmək

11. Yıxılmış vəziyyətdə hücum etmək

12. Tutub saxlamaq və ya tutub buraxaraq zərbə endirmək

13. Hakimin göstərişinə məhəl qoymamaq

14. Hakimlərin hesab etdiyi qadağan olunmuş fəndlər

15. Uşaqlara (17 yaşa qədər) dizlə zərbə

16. Uşaqlara (17 yaşa qədər) kayten qeri – tullanaraq və fırlanaraq dabanla vurmaq

17. Rəqiblərin ikisi də bir-birini tutan zaman, birinin əlini buraxaraq zərbə endirməsi

4. Əl ilə ağızı və ya burunu tutmaq

6. Üzdən və ya başdan açıq əl ilə tutmaq

7. Yumruq ilə sifətə və ya boğaza basmaq

8. Diz ilə sifətə, boğaza və xayaya basmaq

9. Uşaqlarda əlavə olaraq qolun bilək hissəsi ilə boğaza və ya başa basmaq (17 yaşa

10. Uşaqlarda 16 yaşa qədər: Üstdə olan rəqibin altda olan rəqibi qalxızaraq yerə

11. 17 yaşa qədər boğazdan tutaraq (bedro) fənd atmaq

13. Ayaq ilə bütün zərbələr

14. Başın arxa hissəsinə edilən hər bir zərbə

15. Başa dirsəklə zərbə

16. Yerdə rəqibə əl ilə zərbə

17. Biri rəqibi iki əllə tutarsa, zərbə endirmək qadağandır (ancaq güləşmək olar)

18. Tutandan sonra zərbə etmək qadağandır

“Ciyutaido” İdman növündə tez-tez işlədilən zərbələr və fəndlər

“S” versiya

1. Ayaqla yarım dairəvi sifətə zərbə

2. Ayaqla yarım dairəvi böyürə zərbə

3. Ayaqla yarım dairəvi ayağa zərbə

4. Ayaqla düz irəli sifətə zərbə

5. Ayaqla düz irəli mədəyə zərbə

6. Pəncənin kəsici hissəsi ilə mədəyə zərbə

7. Pəncənin kəsici hissəsi ilə sinəyə zərbə

8. Dabanla arxaya mədəyə zərbə

9. Düz ayaqla dairəvi pəncənin iç tərəfi ilə çöldən içəri zərbə

10. Düz ayaqla yarım dairəvi pəncənin çöl tərəfi ilə içəridən çölə zərbə

11. Dairəvi ayağın altı ilə başa vurulan zərbə

12. Fırlanaraq ayaqla dairəvi başa, böyürə və ayağa zərbə

13. Tullanaraq ayaqla dairəvi başa zərbə

14. Tullanaraq dabanla arxaya zərbə

1. Yumruqla sinəyə və mədəyə zərbə

2. Yumruqla yuxarıdan aşağıya sinəyə zərbə

3. Yumruqla böyür tərəfdən qabırğaya zərbə (yarım dairəvi)

4. Dirsəklə bədənə zərbə

5. Yumruqla aşağıdan yuxarıya mədəyə zərbə

1. Beldən, çiyindən atmalar

2. Güləş sistemində olan, yarışlarda istifadə olunan bütün fəndlər. Məsələn: Cüdonun,

Güləşin, Sambonun, Ciyucitsunun yarışlarında istifadə olunan fəndlər

3. “Ciyutaido”nun öz fəndləri

4. Hakimlərin icazə verdiyi boğucu və sındırıcı fəndlər

“Ciyutaido” idman növünün “T” versiyası üzrə tez-tez işlədilən fəndlər

1. Beldən, çiyindən atmalar

2. Güləş sistemində olan (Cüdo, Güləş, Sambo, Ciyucitsu) idman növlərinin

yarışlarında istifadə olunan fəndlər

4. “Ciyutaido”nun öz fəndləri

5. Hakimlərin icazə verdiyi, qanuni saydığı bütün fəndlər

6. Yumruqla başa düz zərbə

7. Yumruqla başa yarımdairəvi zərbə

8. Yumruqla bədənə düz zərbə

9. Yumruqla bədənə yuxarıdan aşağı zərbə

10. Yumruqla bədənə yarımdairəvi zərbə

11. Yumruqla bədənə altdan mədəyə yuxarı zərbə

12. Dirsəklə bədənə zərbə

13. Yumruğun alt tərəfi ilə çiyinə zərbə

14. Yumruğun alt tərəfi ilə qabırğaya zərbə

15. Əlin içi ilə çiyinə və qabırğaya zərbə

16. Əlin kəsici hissəsi ilə çiyinə və qabırğaya zərbə

17. Hakimlərin qadağan saymadığı hər bir zərbə və ya fənd

“T” versiyada qadağan olunmuş fəndlər

4. Əl ilə ağızı və ya burunu tutmaq

7. Üzdən və ya başdan açıq əl ilə tutmaq

8. Yumruq ilə sifətə və ya boğaza basmaq

9. Diz ilə sifətə və ya boğaza basmaq

10. Xayaya qarşı edilən hər bir hərəkət

11. Uşaqlarda və yeniyetmələrdə (16 yaşa qədər) qolun bilək hissəsi ilə boğaza və ya

12. Uşaqlarda və yeniyetmələrdə (16 yaşa qədər) rəqib tutan zaman yerdə olanda üstdə

olan idmançının onu qalxızaraq yerə çırpması

13. 17 yaşa qədər boğazdan tutaraq fənd atmaq qadağandır

14. Bütün ayaq zərbələri qadağandır

15. Tutandan sonra zərbə endirmək qadağandır

16. Tutan zaman zərbə endirmək qadağandır

“Ciyatido” idman növündə kəmərə uyğun fərqləndirmə

- 1 dan qırmızı kəmər

- 2 dan qırmızı kəmər - Baş tələbə (Senpay)

Məşq zalında məşqçinin yardımçısıdır, eyni zamanda hər hansı bir yerdə Təşkilatın

(Federasiyanın) icazəsi və təsdiqi ilə təlimatçı kimi dərs keçə bilər.

1 və 2 danların gödəkçəsinin (kimanonun üst hissəsində) qolunda ağ xətt dairəvi qolun

ətrafına tikilir (7sm enində).

- 3 dan qırmızı kəmər

- 4 dan qırmızı kəmər - Müəllim (Sansey)

Bu kəmərin sahibi müəllim adı daşıyır. Onun hər bir ölkədə dərs keçməsinə Beynəlxalq

Ciyutaido Federasiyası tərəfindən icazə verilir.

3 və 4 danların gödəkçəsinin qolunda sarı xətt dairəvi qolun ətrafına tikilir (7sm

- 5 dan – Ustad (Şixan) – Bu müəllim Ustad adını daşıyır. Bu onu göstərir ki, həmin

kəmərin sahibi artıq özü birinci və ikinci dana qədər Təşkilatın (Federasiyanın)

icazəsi ilə imtahan götürə bilər. Götürülən kəmərlər Beynəlxalq Təşkilatla

(Federasiya ilə) razılaşdırılmalıdır.

5 dan Ustadların (Şixanların) gödəkçələrinin qolunda yaşıl xətt dairəvi qolun ətrafına

- 6 dan – Şixan (Ustad) – Bu ad 15 ildən çox məşq edən və bu idman növünün

inkişafında müstəsna xidmətləri olan Ustada verilir. Bu kəmərlərin sahibi Təşkilatın

(Federasiyanın) razılığı ilə 3 dan qırmızı kəmərə imtahan götürə bilər.

Kəməri Beynəlxalq Təşkilatdan (Federasiyadan) almaq şərti ilə 6 dan Şixanların

(ustadların) gödəkçələrinin qolunda qəhvəyi xətt dairəvi qolun ətrafına tikilir (7sm

- 7 dan – Şixan rengi (Ustadların ustadı) – Bu ad ustalar arasında seçilən ustaya verilir

(yəni, Baş ustaya). Baş usta adını daşıyan hər bir kəsin “Ciyutaido” idman növünün

inkişafında müstəsna rolu olmalıdır. Bu növün beynəlxalq səviyyədə inkişaf

etməsində də böyük rolu olmalıdır. Bu titulu daşıyan Baş usta Beynəlxalq Ciyutaido

Təşkilatının (Federasiyanın) icazəsi ilə regionlarda (başqa dövlətlərdə) 3 dan qırmızı

kəmərə qədər sərbəst imtahan götürə bilər.

Baş ustanın gödəkçəsinin qolunda qara xətt dairəvi qolun ətrafına tikilir (7sm enində).

- 8 dan – Kanço (Ustadların ustadı), Yaradıcı. Qırmızı kəmər 8 dan. Bu kəmərin sahibi

Beynəlxalq Ciyutaido Federasiyasının Prezidenti vəzifəsini daşıyır.

8 dan Qırmızı kəməri başqa ustadlar da ala bilərlər, lakin onlara 7 dan-da olduğu kimi

Ustadların ustadının gödəkçəsinin qolunda qırmızı xətt dairəvi qolun ətrafına tikilir

Dərəcələr

“Ciyutaido” idman növündə kəmərdən əlavə dərəcələr var. Dərəcələr kəmərə müvafiq

Gənclər üzrə: I dərəcə; II dərəcə; III dərəcə

Kişilər/qadınlar üzrə: I dərəcə; II dərəcə; III dərəcə; İdman Ustasına Namizəd; İdman

Ustası; Beynəlxalq Dərəcəli İdman Ustası

“Ciyutaido” idman növündə dərəcələrin verilməsi

İU (İdman Ustası) – Dünya çempionatında 1-3-cü yeri; Dünya Kuboku, Avropa

Çempionatı və Avropa Kuboku yarışlarında 1-3-cü yerləri tutmaq.

Qeyd: Yarışlarda 16 ölkənin iştirakı ilə, hər çəki dərəcəsində isə 12 nəfər iştirakçıdan az

İUN (İdman Ustasına Namizəd) – Dünya birinciliyində 1-3-cü yeri tutmaq; Dünya və

Avropa birinciliyinin gümüş və bürünc mükafatçıları – 1 dan Qara kəmərdən aşağı

olmamaqla; Respublika çempionları – 1 dan Qara kəmərdən aşağı olmamaqla;

Respublika çempionu olmaqla bərabər ən azı 10 ölkənin iştirakı ilə keçirilən Beynəlxalq

turnirin mükafatçıları – 1 dan Qara kəmərdən aşağı olmamaqla; 3 dəfə Respublika

çempionları – 1 dan Qara kəmərdən aşağı olmamaqla.

I idman dərəcəsi – Dünya və Avropa birinciliyinin, Respublika yarışlarının

mükafatçıları olmaq və müvafiq idman normativlərini ödəməklə.

II idman dərəcəsi – Respublika yarışlarının mükafatçıları olmaq və müvafiq idman

normativlərini ödəməklə.

III idman dərəcəsi – Respublika yarışlarının mükafatçıları olmaq və müvafiq idman

normativlərini ödəməklə.

Beynəlxalq normalara əsasən ustalıq dərəcəsinə uyğun hakimlik və təlimatçılıq

kateqoriyaları – Bu kateqoriyalar ustalıq dərəcəsinə uyğun olaraq hakimlik və

təlimatçılıq imtahanı verməklə alınır.

“Ciyutaido” idman növündə kəmər (dərəcə) sistemi

Ağ kəmər (8Q)

(3 ay məşq)

1. Duruş: Fuqo – Daçi

2. Əl zərbəsi: Seyken Aqo Uçi (Codan, Çudan), Seyken Mavasi Uçi (Codan, Çudan)

3. Əl ilə müdafiə: Codan Şotey Uke, Coda Morose Şotey Uke

4. Ayaq zərbəsi: Hidza Geri (dizlə), Mavasi Geri Gedan (yarımdairəvi dizə zərbə)

5. Atma fəndi: Sağ və sol atma (bedro)

6. Kata: Kixon sono iç

7. Kumite: 3 sərbəst döyüş (“S” və ya “T”), 2 dəqiqə

8. Teoriya: Kimono yığılması və kəmərin bağlanması. “Ciyutaido” nə deməkdir?

9. Kondisiya: 3 dəq. Hidza Geri, 25 jim yumruq üstdə (Seyken), 5 əl içində, 3 dəfə

barmaq üstdə, 30 pres, 20 oturub durmaq, körpü vəziyyətində getmək, baş üzərində

fırlanmaq və əl üstdə gəzmək

Göy kəmər (7Q)

(3 ay məşq)

1. Duruş: Kamae Daçi

2. Əl zərbəsi: Seyken Aroşi Uçi Çudan (sinəyə zərbə), Seyken Şita Uçi Çudan (mədəyə

3. Əl ilə müdafiə: Kote Uke Çudan

4. Ayaq zərbə: Maye Geri (Codan, Çudan), Maye Keaqe (Codan)

5. Atma fəndlər: Başdan tutaraq (sol və sağ) 45° atma

6. Kata: Kixon Sono Ni

7. Kumite: 4 sərbəst döyüş, (“S” və ya “T”) 2 dəqiqə

8. Teoriya: Katanın mahiyyəti. Kombinasiya hərəkət nədir?

9. Kondisiya: 4 dəq. Maye Geri (Codan), 35 jim yumruq üstdə (Seyken), 5 əl içində, 5

barmaq üstdə, 20 oturub durmaq, körpü vəziyyətində yerimək, flyaqa (dəyirman) və

Sarı kəmər (6 Q)

(4 ay məşq)

1. Duruş: Kamae Daçi

2. Əl zərbəsi: Hiza Uçi Çudan, Şuta Uçi Çudan (çiyinlərə zərbə)

3. Əl ilə müdafiə: Morote Şotey Uke Gedan

4. Ayaq zərbəsi: Mavasi Geri (Codan və Çudan)

5. Atma fəndlər: Qol altından tutaraq sol və sağ atma, ayaq ilə çəkmə

6. Kata: Kixon Sono San

7. Kumite: 6 sərbəst döyüş, 2 dəqiqə

8. Teoriya: “Ciyutaido”nun tarixi

9. Kondisiya: 4 dəq. Maye Geri (Codan), 30 jim yumruq üstdə (Seyken), 5 əl içi, 5

barmaq üstdə, 40 pres, 20 oturub-durmaq, körpü vəziyyətində getmək, baş üzərində

fırlanmaq və əl üstdə gəzmək

Yaşıl kəmər (5Q)

(4 ay məşq)

1. Duruş: Kamae Daçi

2. Əl zərbəsi: Tetsui bədənə zərbə

3. Əl ilə müdafiə: Şotey uUke Çudan

4. Ayaq zərbəsi: Yoko Geri (Codan və Çudan), Mavasi Soto Keaqe, Mavasi Uçi Keaqe,

5. Fəndlər: Ayaq üstə əli sındırıcı fəndə salma, rəqibin tutmasından istifadə edərək

rəqibi qırıcı fəndə salma

6. Kata: Kixon Sono Yon

7. Kumite: 8 sərbəst döyüş (“S” və ya “T”), 2 dəqiqə

8. Teoriya: Nəfəsin fizioloji xeyri haqda məlumat

9. Kondisiya: 5 dəq. Yoko Geri (Codan), 5 dəq. Soto və Uçi Keaqe (hərəkətdə), 30 jim

yumruq üstdə (Seyken), 20 əl içi, 10 dəfə barmaq üstdə, 50 pres, 30 oturub-durmaq,

10 dəfə tullanmaq (dizi sinəyə çatdırmaq), körpü vəziyyətində yerimək, körpü

vəziyyətindən qalxmaq və əl üstdə gəzmək

Qəhvəyi kəmər (4Q)

(5 ay məşq)

1. Duruş: Kamae Daçi

2. Əl zərbəsi: Şotey Uçi Çudan (bədənə zərbə), Hirken Çudan (bədənə zərbə)

3. Əl ilə müdafiə: Tutmadan çıxma və fəndə salma. Codan Uke+Şotey Çudan Uçi

4. Ayaq zərbəsi: Tobi Nidan Geri, Tobi Maye Geri

5. Fəndlər: Parterdə rəqibi sındırıcı və boğucu fəndə salma

6. Kata: Sempay Sono İç

7. Kumite: 10 sərbəst döyüş (“S” və ya “T”), 2 dəqiqə

8. Teoriya: Meditasiya nə deməkdir? Məşq prosesinə aid suallar

9. Kondisiya: 4 dəq. Tobi Nidan Geri, 30 jim yumruq üstdə (Seyken), 30 əl içində, 20

dəfə barrmaq üstdə, 60 pres, 30 oturub-durmaq, 20 dəfə tullanmaq (dizi sinəyə

çatdırmaq), körpü vəziyyətində yerimək, körpü vəziyyətindən qalxmaq və əl üstdə

Qəhvəyi qara xətlə (3Q)

(6 ay məşq)

(III dərəcə)

1. Duruş: Cyu Kamayte (Sərbəst duruş)

2. Əl zərbəsi: Hayti Uçi Çudan

3. Əl ilə müdafiə: Kake Uke (Codan və Çudan)

4. Ayaq zərbəsi: Codan Uçi Haysoku Geri, Orosi Kakato Uçi Kaeqo, Orosi kakato Soto

5. Fəndlər: Uzanan rəqibə sındırıcı və boğucu fənd tətbiq etmək

6. Kata: Sempay Sono Ni

7. Kumite: 12 sərbəst döyüş (“S” və ya “T”), 2 dəqiqə

8. Teoriya: Döyüşün qanunlarının vacib olması haqqında, hakimlik haqqında məlumat

9. Kondisiya: 6 dəq. Orosi Kakato Uçi Keaqe və Orosi Kakto Soto Keaqe hərəkətdə, 40

jim yumruq üstdə (Seyken), 30 əlin içində, 20 barmaq üstdə, 60 pres, 30 oturub-

durmaq, 20 dəfə tullanmaq (dizi sinəyə çatdırmaq), körpü vəziyyətində yerimək,

körpü vəziyyətindən qalxmaq və əl üstdə yerimək

Qara kəmər (2Q)

(6 ay məşq)

(II dərəcə)

1. Duruş: Cyu Kamayte (sərbəst duruş)

2. Əl zərbələri: Aqo Uçi+Gyaqo Uçi+Şuto Uçi Çudan

3. Əl ilə müdafiə: Codan Uke+ Mavaşi Şotey Uke

4. Ayaq zərbəsi: Mavaşi Kake Geri Codan, Yoko Tobi Geri

5. Fəndlər: Körpü vəziyyətində fənd tətbiq etmək

6. Kata: Sempay Sono San

7. Kumite: 11 sərbəst döyüş, 2 dəq. (“S” və ya “T”)

8. Teoriya: Sərbəst döyüş və onun mahiyyəti haqqında. Baza texnikanın vacibliyi

9. Kondisiya: 5 dəq. Mavaşi, Kake Geri Codan, 50 jim yumruq üstdə (Seyken), 20 əlin

içində, 10 barmaq üstdə, 70 pres, 30 oturub-durmaq, 20 dəfə tullanmaq (diz
Təqvim
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Kyokushin
Çiyutaido