AKKF haqqında


Azərbaycan Kyokuşinkaykan Karate Federasiyası 7 iyul 1994-cü ildə

Əzizov Teyub Ağayar oğlu tərəfindən yaranıb. 1995-ci ilin avqustun 23-də

Gənclər və İdman Nazirliyi və Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib.

1995- ci ilin dekabrında Beynəlxalq Karate təşkilatı (Kyokuşinkaykan -Şokey

Matsuy) tərəfindən qeydiyyata alınmışdır. Teyub Əzizov rəsmi olaraq

Azərbaycana nümayəndə (Brancif) təyin edilmişdir. Federasiya bu illər ərzində

onlarla beynəlxalq turnir, Respublika Turnirləri, Respublika Kuboku,

Respublika Çempionatları keçirtmişdir. Eyni zamanda onlarla Bakı çempionatı,

7 dəfə Hərbiçilər arası və bir dəfə Zaqafqaziya çempionatı keçirmişdir. Dünyada

Kyokuşinkay Karate bir çox təşkilatlara bölündü. Lakin 2007-ci ildən

Azərbaycan Kyokuşinkaykan Karate Federasiyası, Beynəlxalq Kyokuşinkay

Karate Federasiyasının rəsmi üzvüdür. Bundan sonra Azərbaycan

Kyokuşinkaykan Karate Federasiyası daha da inkişaf etdi. Federasiya 2008-ci

ildən Dünya Kuboku, 2009-cu ildə Mütləq Dünya Çempionatı, 2013-cü ildə

çəki üzrə Dünya Çempionatı keçirtdi. Hal-hazırda Federasiya ətrafında 23 rayon

regionu və 25 İdman Klubunu birləşdirir.
Təqvim
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Kyokushin
Çiyutaido