» » Ciyutaido haqqında
Ciyutaido haqqında




09 yanvar 2012-ci il tarixində Azərbaycan Ciyutaido Təşkilatı yarandı.

Bu təşkilat Kyokuşinkaykan Karate Federasiyasının tərkibində yarandı.

Təşkilatın sədri Gülalıyev Elşad Əlgülşad oğlu təyin edildi.

Gülalıyev Elşad Gülşad oğlu 01 mart 1968-ci ildə İmişli rayonu Xələfli

kəndində anadan olub. 1983-cü ildə həmin kənddə 8-ci sinfi bitirdikdən sonra

1983-1985-ci ilərdə 9-10-cu sinifləri Bakı şəhəri, Fizika-riyaziyyat təmaüllü

məktəbində oxumuşdur. O, ali təhsilini 1985-1992-ci illərdə Azərbaycan Dövlət

İqtisad İnstitutunda almışdır.

1986-1988-ci illər hərbi qulluqda olub. İnistitutda oxuyarkən institutun

nəzdində fəaliyyət göstərən idman dərnəyində boksla məşğul olub.

1992-ci ildən hal-hazıra kimi Hüquq Mühafizə Orqanlarında xidmət edir:

- polis mayorudur.

1997-ci ildən Beynəlxalq Kyokuşinkay Karate Federasiyasının Prezidenti

Kanço Teyub Əzizovun rəhbərliyi altında Kyokuşinkaykan Karate idman növü

ilə məşğul olub. Dəfələrlə hərbiçilər arasında keçirilən yarışlarda çempion

olmuşdur. 2015-ci ildən Azərbaycan Ciyutaido Təşkilatının direktoru vəzifəsinə

təyin olunub. Ciyutaido idman növü bu günə qədər 4 Respublika Çempionatı,

12 Respublika birinciliyi, 10 Respublika Turniri, 8 Bakı Çempionatı

keçirmişdir. Hal-hazırda Təşkilat 2018-ci ildə keçiriləcək I Dünya Çemaionatına

hazırlaşır. Azərbaycan Ciyutaido Təşkilatı 2010-cu ildə Azərbaycan

Respublikası Kyokuşinkaykan Karate Federasiyasında qeydiyyatdan keçib və

fəaliyyət göstərir.

Ciyutaido nə deməkdir?

Ciyu - sərbəst

Tai - döyüşlərin

Do - yolu

Bu idman növü öz tərkibində «S» və «T» versiyalarını birləşdirir. «S»

versiyası Kyokuşin üzərində qurulub. Böyük ustad Teyub Əzizovun fəndləri

əlavə olunmuşdur. Bu versiyada döyüş güləş tətbiq olunur. Əl ilə başa vurulma

qaydaları ziddir. «T» versiyası «S» versiyasından fərqli olaraq ayaq ilə işləmir.

Boks + güləş.

Ciyutaido idman novü müasir idman növlərinə aiddir.

Bu idman növü dünyada tez bir zamanda inkişaf etdi. İnanırıq ki, bu

idman növü gələcəkdə Olimpiya sıralarında görəcəyik.
Təqvim
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Kyokushin
Çiyutaido